Hemofiliya və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçiriləcək


12:29     08 Aprel 2021 2021/04/qanver_1617871420.jpg

17 Aprel "Dünya Hemofiliya Günü" kimi qeyd olunur. Ölkəmizdə də dövlət rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə hər zaman xüsusi diqqət və qayğı ilə yanaşılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək vermək, eyni zamanda, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın insanları könüllü qanvermə aksiyalarına qoşulmaq çağırışına cavab olaraq, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə, 12 aprel tarixində Nərimanov rayon İcra Hakimiyyətinin və Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə ənənəvi qanvermə aksiyası keçiriləcək.

12 aprel tarixində keçiriləcək qanvermə aksiyasına çoxsaylı donorların qoşulacağı gözlənilir. Aksiya zamanı mövcud vəziyyət nəzərə alınaraq, donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Donorlar əvvəlcə həkim nəzarətindən keçiriləcək, onların sağlamlıq durumu müəyyənləşdikdən sonra aksiyada iştirak etmələrinə icazə veriləcək. Aksiya Odlar Yurdu Universitetinin inzibati binasında təşkil ediləcək.

Qan çatışmazlığı hematoloji xəstələrin sağlamlığında ciddi fəsadların yaranması ilə nəticələnir. Bu səbəblə hər bir vətəndaş bu məsələyə həssalıqla yanaşmalı və cəmiyyətin diqqətini bu sosial məsələyə yönləndirməlidir.



Femida.az

Açar sözlər: #Hemofiliya   #talassemiya   #uşaq   #qanvermə  

Oxunub: 479