Bakıda keçmiş məhkumdan narkotik götürülüb


14:11     08 Aprel 2021 21_04_08_1617874987.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmişov Sabunçu rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 388