2717 yeni yoluxma aşkarlanıb, 31 ölüm


19:10     08 Aprel 2021 2021/04/1476f2e0-b511-3aea-bc25-fb29db7369e4_1617894664.jpg

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 717 yeni yoluxma faktı qeydə alınıb, 1 341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Ölkədə son sutka ərzində 14 581, hazırkı dövrədək isə 2 977 593 test aparılıb. İndiyə qədər ümumilikdə 279 181 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3 811 nəfər vəfat edib, aktiv xəstə sayı 29 489 nəfərdir.

Açar sözlər:

Oxunub: 501


Oxşar xəbərlər