Ağdamda 10 məktəb koronavirusa görə bağlanıb


10:50     09 Aprel 2021 2021/01/covid_yeni_1610459785.jpg

Ağdam rayonu üzrə 10 təhsil ocağının fəaliyyəti müvəqqəti dayandırılıb.

Tam orta məktəblərin fəaliyyətinin dayandırılmağına səbəb həmin məktəblərdə müəllim və şagirdlərdən bəzilərinin COVID-19 testinin pozitiv çıxmağıdır.

Ağdam rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Rəhman Məmmədov APA-ya açıqlamasında bildirib ki, rayon ərazisində fəaliyyət göstərən 7 təhsil ocağının - Əfətli, Birinci Yüzbaşılı, Alıbəyli, Mahrızlı, Dörd yol-2, Baharlı-2 və 150 saylı məktəblərdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Ağdam rayon Təhsil Şöbəsinin müdiri Mətanət Misirxanova isə APA-ya bildirib ki, ümumilikdə bağlanan 10 məktəbdən 7-si rayon ərazisində yerləşir, 3 məktəb isə Bərdə rayonu ərazisində fəaliyyət göstərən 3, 95 və 100 saylı məcburi köçkün məktəbləridir.

Bundan başqa Əhmədağalı kənd tam orta məktəbində 2 sinif, Qaradağlı tam orta məktəbində 1 sinif, 87 saylı tam orta məktəb 1 və 97 saylı məktəbdə isə 1 sinfin fəaliyyəti dayandırılıb, məktəbin direktorunun COVİD-19 testinin nəticəsi pozitiv çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 513