"Sumqayıt" gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb


11:10     09 Aprel 2021 2021/04/1617950998451_OSPwvmCW_1617952305.jpeg

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus “Sumqayıt” yedək-təchizat gəmisi əsaslı təmir olunub.

ASCO-dan Femida.az-a verilən məlumata görə, “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılan təmir müddətində gəminin mexanizmləri, boru sistemləri, elektrik mühərrikləri və idarəetmə sistemləri təmir edilib.

Məlumata görə, heyətin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanalar tamamilə yenilənib.

Açar sözlər:

Oxunub: 484