Sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxs saxlanıldı


13:33     09 Aprel 2021 21_04_09_1617961408.jpg


Lənkəranda yaşayan S.Ə adlı bir qadın Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.

Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.

E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 962