Ədliyyə işçiləri və könüllüləri ağacəkmə aksiyasına qoşulublar


13:58     09 Aprel 2021 21_04_09_1617963107.jpg


Ədliyyə işçiləri və könüllüləri "Yaşıl Marafon" kampaniyası
çərçivəsində ağacəkmə aksiyasına qoşulublar.

Ölkə Prezidenti cənab İlham Əliyevin ətraf mühitin mühafizəsi, yeni yaşıllıq sahələrinin salınması ilə bağlı tapşırıqlarına uyğun olaraq ardıcıl tədbirlər görülür, bu məqsədlə ənənəvi olaraq ağacəkmə aksiyaları keçirilir.

Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən bu sahədə mühüm layihələrin təşviqi xüsusi qeyd olunmalıdır.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika Yaşıllaşdırma Marafonu" ("Yaşıl Marafon") layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasına Ədliyyə Nazirliyi də qoşulub.

Ədliyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının, IDEA və "Ədliyyə könüllüləri" ictimai birliklərinin üzvlərinin iştirakı ilə Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində 1 hektar ərazidə 1.000-dək şam və zeytun ağacları əkilib.



Femida.az


Açar sözlər: #ədliyyə   #ağacəkmə  

Oxunub: 281