Rüstəm Muradov: "Ermənistan hakimiyyəti təxribat törədir"


14:24     09 Aprel 2021 21_04_09_1617966189.jpg

“Hərbi əsirlərin qaytarılacağı ilə bağlı xəbər təxribat idi”.

Femida.az xəbər verir ki, bunu Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov “Hraparak”a müsahibəsində bildirib.

Jurnalist ondan Ermənistan rəsmilərinin məhbus mübadiləsinin həyata keçiriləcəyini elan etməsinin səbəbini soruşub. O da “Yalan və təxribatdır. Onlardan soruşun. Əhalini çaşdırırlar” cavabını verib.

R.Muradov deyib ki, əsirlərin qaytarılması ilə bağlı heç nə planlaşdırılmamışdı və bu, Bakıya işgüzar səfər idi.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Yerevandan Bakıya əsirləri gətirmək üçün təyyarə yollandığı və geri boş qayıtdığı barədə məlumat yaymışdı. Aprelin 8-dən Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda döyüş zamanı əsir və girov düşdüyü iddia olunan hərbçilərin qohumlarının aksiyası keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 630