Dövlət Turizm Agentliyinin işçiləri peyvənd olunur


14:35     09 Aprel 2021 21_04_09_1617966319.jpg


Bu gündən Dövlət Turizm Agentliyi əməkdaşlarının koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiyasına başlanılıb.


Femida.az xəbər verir ki, vaksinasiya M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər klinik xəstəxanasında aparılır.

Proses könüllü həyata keçirilir və Çinin "Sinovac" şirkətinin"CoronaVac" vaksinindən istifadə olunur.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, bütün dünyada peyvənd çatışmazlığının olduğu bir dövrdə vətəndaşların vaksinasiya edilməsi ölkə rəhbərliyinin bu sahəyə diqqətinin və qayğısının göstəricisidir.

Agentlik sədri pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər çərçivəsində hər kəsi yaradılan bu şəraitdən istifadə etməyə çağırıb.

O, əlavə edib ki, turizmin canlanması və təhlükəsiz səyahətlər üçün vaksinasiyanın aparılması ən məqsədəuyğun addımdır. Report

Femida.az

Açar sözlər: #Turizm   #vaksinasiya  

Oxunub: 748