Qarabağın turizm potensialı ilə bağlı konsepsiyalar hazırlanır


16:01     09 Aprel 2021 2021/04/fuadnagiyev_es_1617969829.jpg


"İşğaldan azad olunan ərazilərin turizm potensialı ilə bağlı müxtəlif konsepsiyalar hazırlayırıq, həm Şuşa, həm də ümumilikdə Qarabağla bağlı".

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

Onun sözlərinə görə, bu konsepsiyalar ölkə rəhbərliyinə təqdim olunur:

"Yaxın vaxtlarda bu barədə ictimaiyyətə məlumat veriləcək".

Fuad Nağıyev bildirib ki, pandemiya bütün dünyaya böyük zərbə vurub. Ən böyük zərbə isə turizm sahəsinə dəyib:

"2019-cu ildə turizm sənayesində 80 min adam çalışırdı. Pandemiyaya görə onlar müxtəlif işlər axtarırlar, təbii ki, biz bunun qarşısını almaq istəyirik. Turizm çox gənc sahədir və burada gənclər çalışır. Ona görə bizim əsas vəzifəmiz odur ki, bu insanları turizm sahəsində saxlayaq və gələcəkdə də yeni kadrlar yetişdirək. Tezliklə yəqin ki, turizm sənayesi bərpa olunacaq".

Femida.az

Açar sözlər: #turizm  

Oxunub: 902