Putin və Ərdoğan Dağlıq Qarabağı müzakirə ediblər


18:40     09 Aprel 2021 21_04_09_1617979279.jpg

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Kremlə istinadən verdiyi xəbərə görə, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda, 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.

V. Putin türkiyəli həmkarını bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.

Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı intensivləşdirilməsi vacibliyi barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Açar sözlər:

Oxunub: 990