Həbsxanaya balığın içində narkotik keçirmək istəyən qadın tutulub
19:45 09 Aprel 2021
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən Femida.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş Məhərrəmov Ramil Məhərrəm oğluna qohumu Sumqayıt şəhər sakini Həmzəyeva Xanım Şakir qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zamanı orada balıqların içərisində xüsusi üsulla gizlədilən 11 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,336 qram olan psixotrop maddə- metamfetamin, ümumi çəkisi 0,320 qram olan narkotik vasitə-metadon və ümumi çəkisi 2,250 qram olan psixotrop maddə preqabalin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 1126
Oxşar xəbərlər
- Ərəb koalisiyası Yəməndə həbsxanaya hava zərbəsi endirib, onlarla insan ölüb
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Ekvadorda PUA-lar həbsxanaya hücum edib
- Həbsxanaya göy soğanın içində narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO
- Həbsxanaya narkotik keçirmək istəyən qadın saxlanıldı
- Şorun içində həbsxanaya narkotik keçirmək istədi
- Alt paltarının rezinində həbsxanaya narkotik gətirdi - FOTO
- Həbsxanaya ayaqqabının içərisində narkotik keçirilməsinin qarşısı alınıb
- Bakıda həbsxanaya şampunun içindən narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
- Həbsxanaya narkotik keçirmək istəyənlər saxlanıldı