Prezident Türkiyə səfirini “Dostluq” ordeni ilə təltif etdi


10:34     10 Aprel 2021 21_04_10_1618037153.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Femida.az xəbər verir ki, qəbulda səfir “Dostluq” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

E.Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə təltif olunub.

Femida.az

Açar sözlər: #Prezident   #ErkanÖZoral   #Türkiyə   #səfir   #Dostluq   #orden  

Oxunub: 692