Sürücülər DİQQƏT! - 1 ay boyunca reyd olacaq
10:42 10 Aprel 2021
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Femida.az müraciəti təqdim edir:
"Daxili işlər orqanları tərəfindən cəmiyyətdə geniş yayılmış və insanlarda narazılıq doğuran hüquqpozmaların qarşısının alınması, eləcə də hərəkət iştirakçılarının yol hərəkəti qaydalarına riayət etmələri barədə maarifləndirilməsi məqsədilə nəzarət-profilaktiki reydlərin təşkili nəzərdə tutulmuşdur.
Cari ilin aprel ayından başlayaraq ilin sonunadək ölkə ərazisində mütəmadi olaraq həyata keçirilməsi planlaşdırılan reydlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklanma, təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülər tərəfindən piyadalara yol verilməməsi, habelə piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının və uşaq travmatizminin qarşısının alınması tədbirlərini, həmçinin də xüsusi karantin rejimi müddətinin sonunadək epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin, o cümlədən fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına qarşı tədbirləri əhatə edəcəkdir.
DİN-in Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması ilə yanaşı vətəndaş məmnunluğunun, ictimai maraqların təmin edilməsi, eləcə də kütləvi informasiya vasitələrinin iştirakı ilə yol hərəkəti mədəniyyətinin təbliği və maarifləndirmə işinə töhfə verəcək preventiv tədbirlərdə aktiv iştirakçılığa dəvət edir.
Zənn edirik ki, keçirilən bu tədbirlər yol qəzalarının sayının azaldılmasında əhəmiyyətli rol oynayacaqdır.
Femida.az
Oxunub: 1067
Oxşar xəbərlər
- Şəmkirdə yol polisi reyd keçirib
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var
- Yol polisi Samuxda reyd keçirib
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Polis Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlayır
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib