"YAŞAT" fonduna 31 milyona yaxın vəsait daxil olub - 5505 şəxs öhdəliyə götürülüb


10:48     10 Aprel 2021 21_04_10_1618037511.jpg


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) indiyədək fondda 30 905 864,3 manat toplanıb.

Femida.az xəbər verir ki, həmin vəsaitdən 16 432 809,55 manatı fiziki şəxslər, 14 473 054,75 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 17 965 368,66 manatı xərclənib. Vəsaitin qalığı isə 12 940 495,64 manatdır.

Fond tərəfindən indiyədək 2 881 şəhid ailəsi ziyarət olunub.

Eyni zamanda, bu günədək 5 505 şəxs öhdəliyə götürülüb və onların problemlərinin həlli davam etdirilir. Bundan başqa, 2 586 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 128-dir.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Femida.az

Açar sözlər: #YAŞAT   #fond  

Oxunub: 459