Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb


14:33     10 Aprel 2021 21_04_10_1618049639.jpg

Bakıda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki 2 evdən ümumilikdə 6200 manat və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ələt qəsəbə sakinləri M. Babayev və F. Vahidov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1152