Kür çayında batanlardan birinin meyiti tapılıb


14:47     10 Aprel 2021 21_04_10_1618049749.jpg

Kür çayında batan şəxslərdən birinin meyiti tapılıb.

Femida.az -ın xəbərinə görə, aparılan axtarış işləri nəticəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


***

saat 11:32

Kür çayında batmış 2 nəfərin axtarışları dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edək ki, ötən gün FHN-in "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının və 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun batması barədə məlumat daxil olub. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Açar sözlər:

Oxunub: 571