Yetkinlik yaşına çatmayanlara tütün məlumatları satan şəxslər cərimələnib
16:26 10 Aprel 2021
Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, aprelin 9-da Baş İctimai Təhlükəsizlik İdarəsi, Nəsimi və Nərimanov Rayon Polis İdarələrinin əməkdaşlarının keçirdikləri növbəti belə reydlər nəticəsində köşk və mağazalarda satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması faktları aşkar edilib.
Həmin mağazaların satıcıları – C. Muradov və Ü. Səlimovun barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
Oxunub: 1010
Oxşar xəbərlər
- Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib
- Yetkinlik yaşına çatmayan şəxs ümümvətəndaş pasportu almaq üçün özü müraciət edə bilərmi?
- Yetkinlik yaşına çatmayan şəxlərə siqaret satanlar cərimələnib
- Yetkinlik yaşına çatmayanlara siqaret satan şəxslər cərimələnib
- Yetkinlik yaşına çatmayan şəxslər siqaret alanda sənəd gostərəcək