Ərdoğanla Zelenski arasında görüş başlayıb


18:04     10 Aprel 2021 2021/04/unnamed-(12)_1618063518.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukraynanın dövlət başçısı Volodımır Zelenskini arasında görüş başlayıb.

Femida.az-ın xəbərinə görə, tərəflər Türkiyə Prezidentinin İstanbuldakı Huber iqamətgahında bir araya gəliblər.

Görüşdə regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparılır.

Qeyd edək ki, hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 1204