Goranboyda toy mərasimin keçirilməsinin qarşısı alınıb


20:14     10 Aprel 2021 2021/04/27e3671e-25ca-3fb7-a933-8a57d60e4c28_850_1618071346.jpg

Goranboyda toy keçirmək istəyənlər cərimələnib.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) Qızılhacılı qəsəbəsində toy mərasiminin keçirilməi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, mərasim iştirakçıları barədə qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Açar sözlər:

Oxunub: 833