ABŞ-da üç uşağını öldürməkdə şübhəli bilinən qadın saxlanılıb


09:58     11 Aprel 2021 21_04_11_1618119229.jpg

ABŞ-ın Kaliforniya ştatında Los Anceles polisi mənzildə 3 uşağın bıçaqlanaraq ölmüş cəsədlərini aşkar edib.

Femida.az yerli “CBS” telekanalına istinadən xəbər verir ki, uşaqların 3-ü də 5 yaşdan kiçikdir.

Cəsədlər tapıldıqdan bir neçə saat sonra uşaqların anası şübhəli şəxs qismində Kaliforniyanın mərkəzində saxlanılıb.

Polis cinayətin motivlərini araşdırır.

Açar sözlər:

Oxunub: 712