Xətai rayonunda gənc yol qəzasında xəsarət alıb


10:20     11 Aprel 2021 21_04_11_1618119562.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

İnqilab İsmayılov küçəsində iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Nəsrullayev Nicat Elşad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 849