Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb


10:53     11 Aprel 2021 21_04_11_1618124075.jpg

Salyanda minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 37-ci kilometrliyində Salyan rayonunun Xələc kəndi ərazisində baş verib.

“Prado” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Nəticədə avtomobildə olan 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəzada xəsarət alan Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Bağırova Nübar Xanəhməd qızı, 2008-ci iil təvəllüdlü Bağırov Baqir Novruz oğlu, 1991-ci il təvəllüdlü Bağırov Hüseyn Novruz oğlu, 1970-ci il təvəllüdlü Bağırova Sevda Əhmədağa qızı və 2019-cu il təvəllüdlü Bağırov Əhməd Hüseyn oğlu Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alnlardan Hüseyn Bağırovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanasına göndərilib.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 822