Ağsuda yas keçirənlər inzibati məsuliyyətə cəlb edilib


17:21     11 Aprel 2021 2021/04/a7971e8f-f993-3099-ad4c-b8a43c98fc2b_850_1618147348.jpg

Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ağarx kəndi ərazisində yerləşən fərdi yaşayış evində yas mərasimi təşkil edildiyi müəyyən olunub.

DİN-in Mətbuat Xidm­ətinin Şəki regional qrupundan Femida.az-ın Yuxarı Şirvan büro­suna verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gəlib,xüsusi karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediblər.

Açar sözlər:

Oxunub: 903