Evi tərk edən koronaviruslu şəxslərə bu halda cinayət işi açmaq olmaz - Vəkildən ŞƏRH


18:08     11 Aprel 2021 21_04_11_1618150344.jpg


“Müraciətinə aidiyyəti dövlət orqanları tərəfindən cavab verilmədiyi təqdirdə zəruri ehtiyaclarını qarşılamaq üçün yaşayış yerini tərk edənğ koronaviruslu şəxslər barəsində cinayət işinin başladılması doğru deyil”.

Femida.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib.

“Vətəndaşın müraciətinə dövlət oqranları tərəfindən cavab verilməyibsə və məcburiyyət qarşısında qalıb yaşayış yerini tərk edibsə, bu, nəzərə alınmalıdır. Həmin şəxslərin bu barədə əsaslandırılmış sübutları olmalı və araşdırmada bu hallara mütləq qiymət verilməlidir. Çünki vətəndaş məcburiyyət qarşısında qalaraq, zəruri ehtiyaclarını qarşılamaq üçün mənzilini tərk edir. Belə olan halda isə həmin şəxslər barəsində cinayət işinin başladılması doğru olmaz”, - o bildirib.



Femida.az

Açar sözlər: #koronavirus   #hüquq   #şərh   #vəkil  

Oxunub: 8477