Samuxda toy mərasimlərinin keçirilməsinin qarşısı alınıb
09:59 12 Aprel 2021
Samuxda toy mərasimi keçirmək istəyənlər cərimələnib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-A verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Qarayeri qəsəbəsində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsi dayandırılıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 14 nəfər saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.
Davam etdirilən tədbirlərlə rayonun ərazisində də toy mərasiminin keçirilməsi aşkar edilib ki, RPŞ əməkdaşları həmin mərasim barəsində də qanunamüvafiq tədbir görüb, 4 iştirakçı inzibati məsuliyyətə cəlb edilib.
Oxunub: 724
Oxşar xəbərlər
- Samuxda evdə partlayış olub, xəsarət alanlar var
- Samuxda bədbəxt hadisə zamanı ağır xəsarət alan FHN əməkdaşı ölüb
- Samuxda yanıq xəsarətləri alan uşaq xəstəxanada dünyasını dəyişib
- Samuxda ev yanıb, körpə xəsarət alıb
- Samuxda parkda silah-sursat tapılıb
- Samuxda 25 yaşlı oğlan ölümcül döyülüb, qulağı kəsilib
- Samuxda fermada çoban həmkarını bıçaqlayıb
- Samuxda 54 yaşlı kişini öldürənlər tutuldu
- Samuxda gənc oğlan bıçaqlanıb
- Samuxda karantin qaydalarını pozan toy sahibi cərimələndi