Rektor koronavirusa yoluxdu, ali məktəbdə dərslər dayandırıldı


12:13     12 Aprel 2021 21_04_12_1618211647.jpg

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi koronavirusa yoluxub.

Bu barədə Xalq artisti özü məlumat verib.

O bildirib ki, 8 gün əvvəl özünü narahat hiss edib: “Koronavirusa görə verdiyim testin cavabı pozitiv çıxıb. Səhhətim yaxşıdır, müalicəmi ev şəraitində davam etdirirəm. Hər şey yaxşıdır”.

Konservatoriyanın Mətbuat xidmətinin rəhbəri Anar Bəylərov isə “Report”a bildirib ki, COVID-19 səbəbindən təhsil müəsissəsində əyani dərslər dayandırılıb.

“Yoluxmaların sayı çoxaldığına görə, rektorun tapşırığı ilə bu gündən etibarən əyani dərslər müddətsiz dayandırılıb. Bundan sonra dərslər onlayın formada davam etdiriləcək. Konservatoriyanın 3 əməkdaşının COVID-19 testinin nəticəsi pozitiv çıxıb”, - o deyib.

Açar sözlər:

Oxunub: 658