Bakıda "Kalaşnikov"la gəzən şəxs saxlanıldı


12:30     12 Aprel 2021 dinnnn.jpg

Paytaxtın Nizami rayonunda qanunsuz odlu silah-sursatının aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.

DİN-in Mətbuat xidmətindən Femida.az-a verilən məluumata görə, Nizami RPİ 25-ci Polis Şöbəsi əmakdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz AKM tipli avtomat gəzdirməkdə şübhəli bilinən 27 yaşlı paytaxt sakini Renat Həmzəyev müəyyən olunaraq tutulub.

Əvvəllər Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə), 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) madddələri ilə məhkum olunan R.Həmzəyev silahı tanımadığı şəxsdən aldığını və digər şəxsə satmaq üçün apardığını bildirib.
Qanunsuz odlu silah gəzdirən şəxslə bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir

Açar sözlər:

Oxunub: 402