Ermənistanda koronavirusa yoluxanların sayı 203 mini ötüb


11:23     12 Aprel 2021 21_04_12_1618212254.jpg

Ermənistanda son sutkada koronavirusa 510 yoluxma qeydə alınıb.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 203 327-yə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 18 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 753 nəfərə yüksəlib.

Koronavirusdan sağalanların ümumi sayı isə 182 836-ya çatıb. Hazırda 15 785 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.

Açar sözlər:

Oxunub: 661