Sumqayıtda reyd - Polis onları cərimələdi
13:24 12 Aprel 2021
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib.
Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi (DYP) Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Reyd zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Polis əməkdaşlarının etdikləri xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər barəsində inzibati protokollar tərtib edilib.
Həmçinin keçidlərdə piyadalara yol verməyən sürücülər də polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində piyadaların və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
Femida.az
Oxunub: 805
Oxşar xəbərlər
- Şəmkirdə yol polisi reyd keçirib
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Zaqatalada yol polisi reyd keçirib, piyadalar cərimələnib
- Bakıda avtobus və mağazalarda reyd keçirilib, cərimələnənlər var
- Yol polisi Samuxda reyd keçirib
- Qaxda reyd keçirilib, karantin qaydalarına riayət etməyənlər cərimələnib
- Salyanda brakonyerlərə qarşı reyd keçirilib, qanunsuz balıq ovunun qarşısı alınıb
- Polis Bakıda qanunsuz parklanma ilə bağlı reydlərə başlayır
- İmişlidə brakonyerliyə qarşı reyd keçirilib
- Balakəndə karantin rejimi ilə əlaqədar reyd keçirilib, 17 nəfər cərimələnib