Ordumuz raket-artilleriya təlimləri başladı
14:25 12 Aprel 2021
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına əsasən, Raket və artilleriya qoşunları bölmələrinin döyüş atışlı taktiki təlimləri başlayıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, taktiki təlimlərdə döyüş texnikasının geniş tətbiqi ilə ərazidə nümunəvi döyüş atışları keçiriləcək.
Təlimlərdə əsas səylər Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla real döyüş şəraitinə uyğun, gündüz və gecə bölmələrin fasiləsiz idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə praktiki vərdişlərin təkmilləşdirilməsinə yönəldiləcək.
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ordumuzun mövqeləri atəşə tutulub
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ordumuzun mövqeləri atəşə tutulub
- Türkiyə Ordusu 17 terrorçunu məhv edib
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Şəhid anaları Ordumuz üçün dua etdi – VİDEO
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir