Dövlət Komitəsinin təşəbbüsü ilə qanvermə aksiyasına start verilib
15:36 12 Aprel 2021
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə “Qan verək, həyat bəxş edək” qanvermə aksiyası həyata keçirilir.
Femida.az xəbər verir ki, aksiya ölkədə karantin rejiminin tədbiq olunduğu müddətdə talassemiya və hemofeliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək məqsədi daşıyır.
Bugünkü aksiyaya komitə əməkdaşları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri, Komitə yanında İctimai şuranın üzvləri, digər təşkilat nümayəndələri və könüllülər qatılıblar.
Aksiya ölkədə elan olunan karantin qaydalarına uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla baş tutub.
Aksiya zamanı Komitə tərəfindən hazırlanan maarifləndirici materiallar da iştirakçılara təqdim olunub.
Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankında baş tutan qanvermə aksiyası 2 gün davam edəcək.
Femida.az
Oxunub: 714
Oxşar xəbərlər
- Dövlət Komitəsi Sumqayıtda əri tərəfindən zorakılıqla üzləşən qadınla bağlı məlumat yayıb
- Dövlət Məşğulluq Agentliyi auitor seçib
- Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb
- Dövlət qurumları adından saxta iş elanları verən şəxs saxlanılıb
- Dövlət Məşğulluq Agentliyi 66 milyon manatlıq ev heyvanları alacaq
- Dövlət Xidmətinə müraciət edən istehlakçılara 118 min manat geri qaytarılıb
- Dövlət Agentliyi saxta iş elanları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib
- Dövlət evsiz vətəndaşlara ev verir? – Ekspert çaşqınlığa aydınlıq gətirdi
- Dövlət Agentliyi kombilərdən istifadənin məhdudlaşdırılmasına çağırıb
- Dövlət Dram Teatrına məxsus avtomobildən oğurluq edilib