İlham Əliyev: "Bütün türk dünyası bizim qələbəmizlə fəxr edir"


17:52     12 Aprel 2021 2021/04/46208601-a864-331c-ad7f-28654ca4fe20_850_1618235582.jpg

"Bu təntənəli mərasim bu gün keçirilir. Bunun səbəbləri yəqin ki, sizə bəllidir. İlk növbədə, bu yeni hərbi mükafatlar hazırlanmalı idi, onlar yox idi. Onların dizaynı hazırlanmalı idi, onların hazırlanması təşkil edilməli idi. Bu, vaxt apardı".

Femida.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında çıxışı zamanı deyib.

"Eyni zamanda, pandemiyaya görə qapalı yerlərdə belə mərasimlərin keçirilməsi mümkün deyil və hava şəraiti də uyğun olmalı idi. Bir də ki, Hərbi Qənimətlər Parkı hazır olmalı idi. Mən istəyirdim ki, biz Parkın açılışı günündə görüşək və bu yüksək mükafatlar sizə təqdim edilsin və Parkın ilk ziyarətçiləri siz olasınız. Buna görə bir qədər vaxt apardı. Ancaq bu gün bu mərasim keçirilir. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün tük dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!", - dövlət başçısı bildirib.

Açar sözlər:

Oxunub: 602