Dövlət Reklam Agentliyinin şirkəti yenidən təşkil olunub


17:59     12 Aprel 2021 yoxlama8.jpg

Dövlət Reklam Agentliyinə məxsus “İnnova - İnnovativ Reklamçılıq Şirkəti” MMC-nin yenidən təşkil olunması prosesi başa çatıb.

Femida.az xəbər verir ki, bununla əlaqədar şirkətin nizamnamə kapitalı 2 dəfə artırılaraq 1 000 manatdan 2 000 manata çatdırılıb.

Kapital artımı Agentliyə məxsus digər şirkətin, nizamnamə kapitalı 1 000 manat olan “Artreklam - Reklamçılıq və Aydınlatma Şirkəti” MMC ləğv olunaraq 1-ci qoşulması ilə bağlıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 836