Deputat ağacəkmə kampaniyası təşkil etdi
17:19 12 Aprel 2021
"Azərbaycan Respublikasının birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən və bütün ölkəni əhatə edən ağacəkmə kampaniyasına töhfə vermək məqsədilə Göygöl rayonu ərazisində ağacəkmə aksiyası təşkil etdik. Mənim təşəbbüsümlə gerçəkləşən aksiyada 200 ədəd şam ağacının əkilməsinə nail olduq. Aksiyada Göygöl Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak etmişdir".
Femida.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə ağacəkmə aksiyaların təməlində insanların sağlamlığının qorunması dayanıb:
"Hörmətli Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkənin bütün ərazisində bir gündə 650 mindən çox ağac əkilmişdir. Bu məsələdə Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən "Yaşıl Marafon" layihəsinin də mühüm rolu vardır. Həm indiki, həm də gələcək nəsillərə xidmət edən bu nəcib aksiyaların təməlində isə yalnız bir amal dayanıb: insanların sağlamlığının qorunması".
Oxunub: 502
Oxşar xəbərlər
- Deputatların maaşı artırılır
- Deputat nazirlərdən Əli Əsədova şikayət edib
- Deputatlar iri mühərrikli avtomobillərin aksiz vergisinin artırılmasına səs veriblər
- Deputat şəhidlərin bacı və qardaşlarına müavinət verilməsini təklif edib
- Deputat: "Tələbə hamilə qadınlardan COVID-19 pasportu tələb oluna bilməz"
- Deputatın polisi döyməsi ilə bağlı araşdırma aparılır- DİN
- Deputata yeni vəzifə verildi
- Deputatlarımız Şentop və Çavuşoğlu ilə görüşəcək
- Deputatlar bu gün toplaşır - 9 məsələ müzakirə ediləcək
- Deputatdan qiymət artımına etiraz