Ərdoğan Bakıdakı forumda videomesajla iştirak edib


18:47     12 Aprel 2021 2021/04/erdogan-9uau_cover_1618238918.jpg

Bakıda Dünya Etnospor Konfederasiyasının (DEK) IV Forumu keçirilib.

Femida.az "TRT Haber"ə istinadən xəbər verir ki, "Ənənəvi İdmanın Bərpası" adlı konfrans pandemiya səbəbindən onlayn formatda təşkil olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın videomesaj vasitəsilə qatıldığı Forumda DEK-nın prezidenti Bilal Ərdoğan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, onun Qambiya, Qətər, Mali, Serbiya və Somalidən olan həmkarları, həmçinin 61 ölkədən 300-dək nüməyəndə iştirak edib.

Pandemiyanın cəmiyyətlərə təsirindən danışan Ərdoğan bu dövrdə ənənəvi dəyərlər və idmanın ön plana çıxacağını vurğulayıb.

Açar sözlər:

Oxunub: 817