Şəkidə 17 yaşlı velosipedçini avtomobil vurub öldürüb


20:34     12 Aprel 2021 2021/04/1618244955902_5zsJ4MgW_1618245954.jpeg

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az-ın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 35-ci kilometrliyində, Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Balakən rayonu Qullar kənd sakini, 1996-cı il təvəllüdlü Əsəbəli Nəbi oğlu Tütünçiyev iradə etdiyi “Mersedes” markalı, AS 866 QO dövlət nömrə nişanlı minik avtomobili ilə Yevlax rayonu istiqamətində hərəkətdə olarkən, Şəki şəhəri istiqamətində velosipedlə hərəkətdə olan, 2004-cü il təvəllüdlü Böyük Dəhnə kənd sakini Məhəmməd Ramil oğlu Namazovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Namazov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 641