50 obyektdə epidemiya əleyhinə rejim pozulub


20:56     12 Aprel 2021 2021/04/16182-1618245136_1618246684.jpg

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə monitorinqləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, aprelin 8-də keçirilmiş nəzarət tədbirləri zamanı Xəzər rayonunda Xəyyam Zülfüqarova məxsus “Geyim malları mağazası”nda, Yasamal rayonunda Əlisa Dadaşova məxsus ərzaq mağazasında, Nərimanov rayonunda Nurlan Nəsibova məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda Tural Hacıyevə məxsus geyim mağazasında, Binəqədi rayonunda Rizvan Əliyevə məxsus ticarət obyektində, Gəncə şəhərində Tural Kazımova, Elmir Babakişiyevə, Mələkxanım Məmmədovaya, Lamiyyə Abdullayevaya, Sərdar Qafarova, Turan Məmmədova, Ceyhun İsmayılova, Sadiq Nəcəfova məxsus pərakəndə ticarət obyektlərində, Sumqayıt şəhərində “Portağal market”də, Aqil Hüseynova, Ruslan Ağayevə, Xəyalə Səmədovaya, Fəxrəddin Salahova, Aybəniz Əsgərovaya, Yaqut Behbudovaya, Famin Rəhimova, Dəniz İsmayılovaya, Sevinc Yaqubovaya, Arif Binnətova məxsus mağazalarda, ümumilikdə 50 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkar olunub.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 486