Moskvada çempion kəmərini qoruyan Nəriman Abbasov vətənə qayıtdı - VİDEO


11:14     13 Aprel 2021 2021/04/aa57fa7e-42f4-3418-a6f3-03a9f23e0bb7_850-(1)_1618298360.jpg

Moskvadakı “AMC Fight Night100” turnirində Rusiya təmsilçisi Şamil Amirova qalib gələn Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov Vətənə qayıdıb.

Femida.az -;n məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda 27 yaşlı idmançını yaxınları, dostları və idman ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Nəriman Abbasov çempion titulunu qorumaq üçün keçirdiyi döyüşdə Şamil Amirovu üçüncü raundda texniki nokautla məğlubiyyətə uğradıb. Bununla da Abbasov yüngül çəkidə (70,3 kq) çempion kəmərini qoruyub. Bu, onun ardıcıl 11-ci, ümumilikdə 29-cu sınağında 26-cı qələbəsi olub.



Açar sözlər:

Oxunub: 503