Koçaryan koronavirusa yoluxub


15:01     13 Aprel 2021 21_04_13_1618311712.jpg


Ermənistanın keçmiş prezidenti Robert Koçaryan koronavirusa yoluxub.

Bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.

Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Koçaryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.

R.Koçaryan və vəkili Aram Vardevanyan artıq test veriblər. Onların hər ikisi özlərini təcrid ediblər.

Femida.az

Açar sözlər: #Koçaryan  

Oxunub: 957