170-dən çox jurnalist peyvənd olunub


16:20     13 Aprel 2021 2021/02/peyvend-1_1614167093.jpg

Bu günə kimi artıq 170-dən çox jurnalist vaksinasiya prosesindən keçib.

Bu barədə Femida.az-a Azərbaycan Mətbuat Şurasından bildiriblər. Qeyd olunub ki, gün ərzində 50-dən çox şəxs peyvəndləmə prosesindən keçir:

"Ötən həftədən başlanılan vaksinasiya prosesinin ilk günü 56 nəfər peyvənd olundu. Bu günə kimi isə 170 şəxs peyvənd olunub. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır, proses davam edir".

Xatırladaq ki, Azərbaycanda cari ilin yanvar ayının 18-dən peyvəndləməyə start verilib. Hazırda 40 yaşdan yuxarı olan şəxslərin vaksinasiyası davam edir.

Açar sözlər:

Oxunub: 835


Oxşar xəbərlər