Azərbaycanda peyvənd olunanların 1,2 milyonu ötüb


16:49     13 Aprel 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az=a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1212163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097 təşkil edir.

Femida.az

Açar sözlər: #koronavirus   #vaksin  

Oxunub: 217