ABŞ Almaniyadakı hərbçilərinin sayını artırır


17:07     13 Aprel 2021 2021/04/60a6d850-2b74-393d-829f-41a8ac6903d1_850_1618319300.jpg

ABŞ Almaniyada daha 500 hərbçi yerləşdirmək barədə qərar qəbul edib.


Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Berlinə səfəri zamanı almaniyalı həmkarı Anneqret Kramp-Karrenbauerlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə təsdiqlənən və 12 min amerikalı hərbçinin Almaniyadan çıxarılmasını nəzərdə tutan plan ləğv olunub: “Fikrimcə, bizim əlavə 500 hərbçi ilə bağlı təyinatımız NATO-ya sədaqətimiz və tərəfdaşlığımızın səviyyəsindən xəbər verir”.

Qeyd edək ki, D.Tramp rəsmi Berlinlə aralarında olan müdafiə xərclərinə dair mübahisələrə görə ABŞ-ın Almaniyadakı hərbçilərinin üçdə birini ixtisara salmaq haqqında qərar qəbul etmişdi.

Bu il fevralı 4-də ABŞ prezidenti Cozef Bayden bildirmişdi ki, müdafiə naziri Lloyd Ostin məsələni nəzərdən keçirəndən sonra qoşunların çıxarılması müddətini azaldacaq.(Report)

Femida.az

Açar sözlər:

Oxunub: 821