Nazirlik həvəskar balıq ovunun vaxtlarını açıqlayıb


17:11     13 Aprel 2021 2018/04/baliqci_0258_1523942027.jpg

“Xəzər dənizində sənaye balıq ovu mayın 1-dən sentyabrın 1-dək qadağandır”.

Femida.az-ın məlumatına görə, bunu “Ekspert saatı”nda Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova deyib.

Onun sözlərinə görə, digər vaxtlarda isə balıq ovu üçün bileti olaq şəxslər bunu həyata keçirə bilərlər: “Su anbarlarında aprelin 1-dən sentyabrın 1-dək, eyni zamanda, Kür çayında sənaye balıq ovuna qadağalar mövcuddur. Kollektorlarda isə Baş Şirvan kollektoru istisna olmaqla icazə verilir”.

O, həvəskar balıq ovunun vaxtlarını da açıqlayıb: “Xəzər dənizində may-iyun aylarında, eyni zamanda, Xəzərə tökülən bütün çaylarda da bu vaxtlarda həvəskar balıq ovu həyata keçirmək qadağandır. Digər kollektorlarda isə ilboyu həvəskar balıq ovuna icazə verilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 247