Hacıqabulda iki bacı yol qəzasında xəsarət alıb


18:33     13 Aprel 2021 qeza_yeni.jpg

Hacıqabulda minik avtomobili aşıb, 2 nəfər xəsarət alıb.

Femida.az-ın məlumatına görə, avtoqəza Bakı-Qazax magistralının Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. “VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan iki bacı - Ağdaş sakinləri, 1972-ci il təvəllüdlü İsmayılova Vəfa Bahadur qızı və 1960-cı il təvəllüdlü Nəbiyeva Heyran Bahadur qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 929