Süveyş kanalında hərəkəti iflic edən gəmiyə həbs qoyuldu


19:06     13 Aprel 2021 2021/04/EVER_GIVEN_(49643352087)_1618322897.jpg

Bir müddət əvvəl Süveyş kanalında saya oturaraq hərəkəti bir həftə ərzində iflic edən "Ever Given" konteyner gəmisinə həbs qoyulub.

Femida.az-ın məlumatına görə, qərar gəmi sahibinin vurulan ziyana görə təzminatı tam məbləğdə ödəməkdən imtina etməsi ilə əlaqədar verilib.

Süveyş kanal rəhbərliyi hərəkətin dayanması ilə əlaqədar "Evergreen" şirkətindən 1 milyard dollar təzminat tələb edir.

Şirkət isə öz növbəsində həmin məbləğin 90 faizini, 900 milyon dollar məbləğ ödəməyə hazır olduğunu bildirir.

Xatırladaq ki, martın 23-də Tayvanın "Evergreen" şirkətinə məxsus 400 metrlik və 224 min tonluq "Ever Given" konteyner gəmisi Süveyş kanalında saya oturaraq bir həftəyə yaxın müddət ərzində hərəkəti iflic etmişdi.

Açar sözlər:

Oxunub: 789


Oxşar xəbərlər