Şəkidə maşınla vurulan velosipedçi öldü


19:34     13 Aprel 2021 qeza_velosiped_045.jpg

Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini M.Namazov vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a bildiriblər ki, Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində Balakən rayon sakini Ə.Tütünçiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini M.Namazovu vurub.

Nəticədə M.Namazov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1038