Sahibə Qafarova deputatlarla Rusiyaya gedir
09:42 14 Aprel 2021
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Sessiya çərçivəsində MDB PA-nın Şura, 52-ci plenar və daimi komissiyalarının iclasları olacaq.
Əvvəlcə Sankt-Peterburqun Tavriya Sarayında keçiriləcək Şura iclasında sessiyada müzakirə olunacaq məsələlərə baxılacaq, plenar iclasda isə “Pandemiya dövründə miqrasiya proseslərinin hüquqi tənzimlənməsi və MDB-nin iştirakçı dövlətlərinin parlamentlərinin bu prosesdə rolu” mövzusunda müzakirələr aparılacaq. Deputatlarımız təşkilatın daimi komissiya iclaslarında müzakirə olunacaq məsələlərə münasibətlərini bildirəcəklər.
Burada Azərbaycan parlament nümayəndə heyəti “COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorçuluq və zorakı ekstremizm” mövzusunda beynəlxalq parlament konfransında da iştirak edəcək.
Sessiya çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarovanın tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.
Səfər aprelin 16-da başa çatacaq.
Femida.az
Oxunub: 446
Oxşar xəbərlər
- Sahibə Qafarova Gürcüstanın Baş naziri ilə görüşüb
- Sahibə Qafarova Gürcüstana rəsmi səfər edəcək
- Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti Estoniyaya səfərə gedib
- Sahibə Qafarova ilə İranın xarici işlər naziri arasında görüş olub
- Sahibə Qafarova: "Biz müharibədən yox, sülhdən, gələcəkdən danışmaq istəyirik"
- Sahibə Qafarova BQXK rəsmisi ilə Ermənistanın mina xəritələrini verməməsini müzakirə edib
- Sahibə Qafarovanın Rusiyaya səfər proqramı açıqlanıb
- Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib
- Sahibə Qafarova Monteneqro Parlamentinin sədri ilə görüşüb
- Sahibə Qafarovanın Yunanıstana işgüzar səfəri başlayıb