Bioloji və beyin ölümü barədə qərarlar dövlət arxivində saxlanılacaq


11:12     14 Aprel 2021 2021/04/1618385150608_hQxAiQR4_1618385614.gif


Gələn il yanvarın 1-dən başlayaraq, bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar dövlət arxivində 15 il saxlanılacaq.

Femida.az-ıın məlumatına görə, Milli Arxiv İdarəsi Kollegiyası bununla bağlı “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda müvafiq dəyişiklik edəcək.

Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərarlardan elmi-tədqiqat və klinik müalicə-profilaktika müəssisələrində profilaktikanın səmərəli metodlarının öyrənilməsi, diaqnostikası, o cümlədən səhiyyə tarixinin inkişafı üçün əhəmiyyəti olanlar isə daimi saxlanacaq.

Qeyd edək ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli qanuna əsasən, bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində də 15 il saxlanmalıdır.

Açar sözlər:

Oxunub: 333


Oxşar xəbərlər