Şəkidə qayınanasını qətlə yetirən şəxsin məhkəməsi başlayır
11:34 14 Aprel 2021
12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Şəki rayon sakini Əhmədova Ruqiyə Şükür qızının qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıbr.
Şəki rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
İstintaqla qeyd edilən tarixdə Cəlilov Rahim Tahir oğlunun sərxoş vəziyyətdə Şəki şəhəri, Bağbanlar küçəsi ünvanında yerləşən evinə gəldikdən sonra qayınanası Ruqiyə Əhmədova ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun qızı və azyaşlı nəvələrinin gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək Ruqiyə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rahim Cəlilov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 451
Oxşar xəbərlər
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəkidə sel kəndlə şəhərin əlaqəsini kəsib, avtomobili aparıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Şəkidə avtomobil çaya aşıb, xəsarət alanlar var
- Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
- Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var
- Şəkidə işləmək adı ilə evdən çıxan şəxs itkin düşüb
- Şəkidə yaşayış evi yanıb, 60 yaşlı kişi ölüb
- Şəkidə avtomobil aşıb, xəsarət alanlar var
- Şəkidə koronavirus xəstələri ictimai yerlərdə aşkarlanıb